Anfisa Zinyeddin

358 01 Mayıs 2020 Türk Dünyası
Anfisa Zinyeddin

 

Tərcümeyi - hal

  Anfisa Zinyeddinzərbaycan Respublikası Qusar rayonu Urva  kəndində anadan olub. Urva kənd orta məktəbini bitirib. Orta məktəb illərində  hekayələri, mənsur şerləri və publisistik yazıları ilə məktəbin ictimai tədbirlərində  fəal  istirak edib.

 “İctimaiyyətlə Əlaqələrin İnkişafi İctimai birliyinin  təsiscisi və  sədridir. Açıq  Cəmiyyət İnstitutu Yardım  Fondu  tərəfindən  maliyyələşdirilmiş Regionlarda Cənclərin  korrupsiya vəşvətxorluğa  qarşı  aktivləşməsində KİV-in  rolu adlı  layihənin  rəhbəri  və “Korrupsiya vəşvətxorluq KİV qanunun  hədəflərində “ kitabının müəlifidir.

 Azərbaycan Respublikası Prezidentinin  yaninda KİV inkişafina  Dövlət  Dəstəyi Şurası tərəfindən maliyələşdirilmiş  KİV-in İnkişafina Dövlət Dəstəyi Fondu"ndan  yardım almış qurumların  ofis  texnikasənın  və  internet sistemlərinə  məsləhət  verilməsi” layihəsinin  rəhbəridir.

Azərbaycan Respblikasının Prezidenti yanında QHT-na Dövlət  Dəstəyi Şurası Tərəfindən  ayrə-ayrı illərdə  maliyyələşdirilmiş ”Regionlarda  QHT-lər üçün  mühasib  kadrların hazırlanması “, “QHT  ücün  Milli  Mühasibat  Standartlarına  keçidlə əlaqədar region QHT-lərinin maarifləndirilməsi”, “2010-ci ilin  yekunlari  və 2011-ci ildə qarşida duran vəzifələr barədə ictimai müzakirələrin təşkili , Eliktron hesabat  proqramının hazırlanması ,Qeyri  zorakı ünsiyyətin təbliğinə həsr  olunmuş  çarxın  hazırlanması ,Qusar Rayonunda olan  gənc qızların  peşə  kurslarına  cəlb  olunması “  layihələrinin rəhbəri olmuşdur.

 2016 –ci ildən isəİctimaiyyətlə Əlaqələrin İnkişafi ictimai birliyinin təşkilatçılığı ilə "Dünya" Müstəqil Televiziya Şirkətində həyata keçirdiyi “Fərqli “verlişinin təsisçisi, layihə rəhbəri və aparıcısı olmuşdur.

2017-ci ildə “Dünya “Televiziyasında “ Fərqli “ verilişinin nəzdində ,“Gənclərin radikal dini qruplara qoşulmaması üçün ənənəvi İslam dəyərlərinin televiziya vasitəsilə təbliği" lahiyəsini həyata kecirmişdir.

2019-cu  ildən isə Türkiyə Respublikasının İzmir  şəhərinə köcmüş  və Türkiyənin paytaxtı olan İstanbul şəhərində  yerləşən, “Kanal 34 “- də ,“İyi ki, varsınız!   Azərbaycan və Türkiyə qardaşlığına həsr olunmuş verilişin layihə rəhbəri və aparıcısıdır. Eyni vaxtda “İctimaiyyətlə Əlaqələrin İnkişafı” İctimai Birliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin region üçün təhlükəsi barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” mövzusunda Türkiyənin “ Bengü Türk” telekanalında yayinlanan verilişin  layihə rəhbəri,  aparıcısı və İzmir şəhərində ” Ege net” Yutub-internet  kanalında  aparıcı olmuşdur.

İctimai  fəaliyyəti ilə bərabər müəyən dövrlərdə  Azərbaycan Respublikasında  yayınlanan “Qadın”, “Gənclik “,”Ulduz”, “Qubustan” jurnallarında, “525”, “Azərbaycan “ və digər  qəzetlərdə  hekayələri, publisistik yazıları dərc edilmişdir. Türk  dilində  yazdığı Şiir , Səni sənsiz  sevməyi” , “Adı yokmuş bu aşkın , Seni öyle özlemişim ki və basqa hekayələri, mənsur  şeirləri ilə “Kültür Caglayan “ jurnalında , “İğdırım 76.kom. saytında çıxış  etməkdədir.

Özbəkistanın  “ Ramsel –Film” studiyası tərəfindən  çəkilən  “Qismət “ bədii filmində  baş  rolda  çəkilib.

“Görüşə tələsən Qızıgül” ,“Dünya Sevgi  istəyir” ,“ O Anadır!” , “Səndən uzaqlarda “ və “Pəncərədən düşən işıq hekayələr kitablarının müəllifidir. Ziyalılar Mərkəzi Ali Məclisinin üzvüdür.